RU

Şəhriyar del Gerani: "AzTv-dən 500 manat istədim, incidilər..."

"AzTv-dən zəng etmişdilər, verilişə dəvət edirdilər, qonorar tələb etdim, incidilər".

Kulis.az xəbər verir ki, bu sözləri şair Şəhriyar del Gerani facebook hesabında paylaşdığı statusda bildirib. Statusun davamında deyilir:

"Başa düşmürəm, dövlət büdcəsindən milyonlarla vəsait ayrılan bir televiziya kanalı üçün 500 manat qonorar nədir axı? Düzü, heç nə. Heç kəsin xətrinə dəyməsin, təkcə “azteve”yə aid deyil, ümumiyyətlə, dövlət büdcəsindən maliyyələşən heç bir kanal, qəzet, jurnal, sayt məni müsahibəyə qonorarsız dəvət etməsin. Müftə ziyalılıq xidməti bura qədər. Şəxsən mənim bir şair, yazıçı olaraq buna ehtiyacım yoxdur. Əgər ,doğrudan da, məni öz profilinizdə görmək istəyirsinizsə, qonorar ödəməyi gözə alın. Özünə, imzasına hörmət edən bütün qələm dostlarımı da bu tendensiyaya qoşulmağa dəvət edirəm".

Избранный
10
2
kulis.az

3Источники