RU

Yeni ildə rayonlarda tətil neçəyə başa gəlir? - Qiymətlə AÇIQLANDI

Qarşıdan yeni il gəlir, hər il olduğu kimi yerli sakinlər və əcnəbi turistlər regionlara daha çox üstünlük verirlər.

Bunu Modern.az-a turizm eksperti Rəhman Quliyev deyib.

Onun sözlərinə görə, regionlarda fəaliyyət göstərən xüsusən 5 ulduzlu hotellərdə yeni il şənliyi qeyd olunur. Bu şənliklər şou proqramlarla təşkil olunur:

"Həmin proqramlar 5 ulduzlu hotellərdə yeni il üçün hazır paket şəklində turistlərə təqdim olunur. Bu paketlərin qiymətləri hotelin kateqoriyasına, istiqamətinə görə dəyişir. Şimal bölgəsində, Quba-Qusar istiqamətində 5 ulduzlu hotellərdə səhər yeməyi və şou proqram daxil olmaqla 1 nəfər üçün 3 gecəlik olan və 1300-1500 manatdan başlayan paketlər mövcuddur”.

Ekspert bildirib ki, Şəki, Qax, Zaqatala, Balakən istiqamətində qiymətlər nisbətən daha ucuzdur:

“Həmin ərazilərdə yerləşən otellərdə 1000-1100 manatdan başlayan üç gecəlik paketlər mövcuddur. Buraya da 3 gecə gecələmək, səhər yeməyi, bayram axşamı şou-proqramı daxildir. Cənub bögəsində də eyni xidmətlər daxil olan paketlər 1000-1100 manatdan başlayır. Ümumiyyətlə Azərbaycanda COP29 zamanı ölkəmizdə sıxlıq səbəbilə hotellərin qiymətlərində müəyyən artım müşahidə olunmuşdu. Lakin burada ciddi artım gözə çarpmırdı”.

R.Quliyev sonda vurğulayıb ki, bütün dünya təcrübəsində bu kimi tədbirlərdə fantastik qiymət artımı olur:

“Avropada hansısa sərgilər zamanı qiymətlərin 10 dəfəyə qədər artması görülür. COP29    zamanı ölkəmizə 70 mindən çox insan gəldi. Yerləşmə sayının bərabər bölünməsi qiymətləri stabil saxladı. Cüzi artım olsa da qiymətlər stabildir və belə davam dəcək. Əlamətdar günlərdə sıxlığın olması qiymətlərə müəyyən qədər təsir etsə də, ümumi bazar qiymətləri stabildir”.

Избранный
29
1
modern.az

1Источники