Avropa İttifaqı ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri dekabrın 17-də təzyiq tədbirlərini və Gürcüstandakı vəziyyətə müdaxilə yollarını, o cümlədən sanksiyaların tətbiqi və vizasız rejimin məhdudlaşdırılması imkanlarını müzakirə edəcəklər. AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsakna NATO xarici işlər nazirlərinin toplantısına gələrkən bildirib.“Gürcüstan məsələsini növbəti AB Xarici Əlaqələr Şurasında nəzərdən keçirəcəyik. Avropa Komissiyası hansı tədbirlərin mümkün olduğuna dair təkliflər təqdim edəcək. Bizim ata biləcəyimiz bir çox addımlar var, o cümlədən yüksək vəzifəli Gürcüstan məmurlarının giriş qadağaları, viza məhdudiyyətləri və s" - deyə Marqus Tsakna qeyd edib.Tsakna həmçinin oktyabrda Gürcüstanda keçirilən parlament seçkilərini “qanunsuz və ədalətsiz” kimi qiymətləndirib. O, respublikadakı vəziyyəti Rusiyanın müdaxiləsi ilə əlaqələndirib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта