Səudiyyə Ərəbistanından ayrılmaq istəyən Neymar üçün diqqətçəkən iddia ortaya atılıb.
Neymar "Əl Hilal"da Neymar zədə səbəbindən uğur qazana bilməyib. Bu səbəbdən Səudiyyə klubunun heyətində yer almayan braziliyalı hücumçunun komandadan ayrılmaq qərarına gəldiyi irəli sürülür. Türkiyə mediasının iddiasına görə, "Qalatasaray" Neymarın xidmətində maraqlıdır. İddialara görə, "Qalatasaray"da Neymara mövsümün fasiləsində təklif irəli sürülməsi müzakirə edilib. Lakin transferin maddi tərəfi klubda fikir ayrılığına səbəb olub.
Braziliya mətbuatının xəbərinə görə, "Əl Hilal"la müqaviləsi mövsümün sonunda başa çatacaq Neymar futbolçu karyerasına başladığı Braziliyanın “Santos” komandasına qayıtmaq istəyir. Bildirilib ki, razılıq əldə olunarsa, Neymar "Santos"la 3 illik müqavilə imzalayacaq. / Metbuat.az