RU

İran Türkiyəni hədəfə alıb: Suriyadakı uğursuzluq Tehranı çətinə salıb

Suriyada hadisələrin şiddətli vaxtında İran Türkiyədən istədiyi dəstəyi ala bilmədiyi üçün Ankaranı hədəf seçməyə başlayıb. Tribunainfo.az xəbər verir ki, XİN başçısı Abbas Əraqçının Türkiyə səfərindən əliboş dönməsindən sonra ittihamlar daha üst səviyyədə səsləndirilməkdədir.

Belə ki, İranın dini lideri Əli Xamineyinin müşaviri, keçmiş XİN başçısı Əli Əkbər Vilayəti iddia edib ki, guya, Türkiyə ABŞ və İsrailin “tələsi”nə düşüb. “Türkiyənin Suriyada ABŞ və İsrail rejiminin yaratdığı tələyə necə düşməsinə təəccübləndim. ABŞ, sionistlər və region ölkələri, o cümlədən ərəblər və qeyri-ərəblər xatırlamalıdırlar ki, İran Suriya hökumətini sona qədər dəstəkləyəcək”.

Qeyd edək ki, İran Suriyaya qoşun göndərməyə hazır olduğunu da bəyan edib. Ərqaçı bununla bağlı bildirib ki, Dəməşq hökuməti rəsmi müraciət edərsə, məsələni müzakirə edə bilərlər.

Əslində, istər Vilayəti, istərsə də Əraqçının açıqlamaları günahı başqa yerdə axtarmaq cəhdindən başqa bir şey deyil. Digər tərəfdən, Ərqaçının “Suriyaya qoşun göndərə bilərik” deməsi də yalandır. Çünki İran ordusu çoxdan müxtəlif adlar altında Suriyadadır və Bəşər Əsaədi qorumağa çalışırlar. İndi isə çətin duruma düşüblər, silahlı üsyançılarla bacara bilmirlər və bu səbəbdən də dəstək axtarırlar.

Rusiyanın dəstəyinə ümid olan İran, artıq həmin imkanın əldən çıxdığını görür. Çünki Moskva əsas qüvvələrini Suriyadan Ukraynaya köçürüb. Türkiyə ilə danışıqlar da göz qabağındadır və nəticəsizdir. Bu da Tehranın qəzəbinə səbəb olub. Çünki onlar Ankaranın dəstək verəcəyinə də ümid bağlamışdılar.

İndi isə Suriyaya qoşun göndərmək fikrindədirlər. Lakin itkilərin çox olacağının da fərqindədirlər. Çünki əvvəlki dönəmlərdən fərqli olaraq, bu dəfə qarşılarında nizami bir ordunun olacağını yaxşı bilirlər. Bu isə SEPAH-ın boş bir şar olduğunu ortaya qoyacaq ki, İran da bunu istəmir. Çünki indiyə qədər SEPAH-la bağlı çoxlu “əfsanə” və “mif”lər yaradan İran, onun Rusiyanın Ukraynadakı ordusunun vəziyyətinə düşəcəyindən ehtiyat edir.

Избранный
58
45
tribunainfo.az

10Источники