RU

Türk adı səbəbilə 6 il şəxsiyyətsiz qalan “Hun-Tay”ın ailəsinin yaşadığı əziyyətlər - VİDEO

Təbrizdə yaşayan Taymaz Mehrəlibəglü, oğluna Hun-Tay adını verdiyi üçün 6 il boyunca şəxsiyyət vəsiqəsi ala bilmədiklərini və bu müddət ərzində yaşadıqları çətinliklər barədə danışıb.

Taymaz Mehrəlibəglü "Balamın adı" kampaniyası çərçivəsində verdiyi açıqlamada bildirib:

“Oğlumuz Hun-Tay 23 noyabr 2018-ci ildə Urmiyada dünyaya gəldi. Hun-Tay adını seçdik, çünki bu ad qədim Türk mədəniyyətini xatırladan, Hun imperiyasına istinad edən bir addır. Ancaq Urmiya, Culfə və Təbrizdəki qeydiyyat idarələri bu adı qəbul etmədi və bu səbəbdən oğlumuz 6 il şəxsiyyətsiz qaldı. Bu adı təsdiqlətmək üçün uzun illər mübarizə apardıq.”

Hun-Tay adının rədd edilməsi ailəni yalnız bürokratik problemlərlə deyil, həm də maddi və mənəvi çətinliklərlə üzləşdirib. Mehrəlibəglü əlavə edib:

“Şəxsiyyət vəsiqəsinin olmaması səbəbilə oğlumuzun sağlamlıq məsələləri, məktəbə yazdırılması və digər inzibati işlərdə ciddi çətinliklər yaşadıq. Bununla yanaşı, məhkəmə və vəkil xərcləri ailəmizə ağır yük oldu. Şəxsiyyətsiz qalmaq uşağın ruhuna böyük təsir edir və ailəni hər an bu ağır vəziyyəti izah etməyə məcbur edir.”

Bu hadisə, Azərbaycanın Türk adlarının rəsmiləşdirilməsində qarşılaşdığı çətinliklərə işıq tutan növbəti nümunələrdən biridir.

 

visiontv.az



Избранный
10
visiontv.az

1Источники