RU

Vensan Kompani “Bayer”ə məğlubiyyətə aydınlıq gətirdi

“Bayern”in baş məşqçisi Vensan Kompani Almaniya Kubokunun 1/8 finalında “Bayer”ə 0:1 hesablı məğlubiyyətə aydınlıq gətirib.

Arena.az məlumat verir ki, “Arena Münhen”də qazanılmış bu qələbə sayəsində “əczaçılar” Almaniya Kubokunun 1/4 finalına vəsiqə qazanıblar.

Vensan Kompani matçdan sonra baş tutmuş mətbuat konfransında komandasının çıxışı ilə bağlı bunları söyləyib:

“Bizim ələnməyimiz çox məyusluq doğurur. Qırmızı vərəqə oyuna təsir etdi, amma oğlanlar çox yaxşı çıxış etdilər və xasiyyət nümayiş etdirdilər. Biz, ələnməyimizlə oğlanların çox yaxşı oynaması amili arasında fərq qoymalıyıq. Mən heç kimi təqsirləndirə bilmərəm.

Mən iki duyğunu yaşayıram. Birincisi, uduzmağımız və bu mövsüm Kuboku qazanmayacağımızdır. İkinci hissə isə bu görüşün xüsusi olmasıdır. On nəfərlə oynayaraq oyunu başa vuracağımızı gözləmək və ümid etməklə kifayətlənmədik, biz hücumda fəal idik. Eyni ruhda davam etsək, bir çox oyunlarda qalib gələ bilərik, amma bu il Kuboku qazana bilməyəcəyik”, – “Bayern & Germany” dərgisi belçikalı mütəxəssisdən sitat gətirir.

Xatırladaq ki, “Bayern”in 38 yaşlı alman qapıçısı və kapitanı Manuel Noyer oyunun 17-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq, Almaniya nəhəngini azlıqda qoyub.

Vurğulayaq ki, “Bayer” Almaniya Kubokunun cari sahibi və Almaniya Bundesliqasının cari çempionudur.

Əlavə edək ki, “Bayern” artıq ardıcıl 5-ci mövsümdür ki, Almaniya Kubokunun finalına çıxa bilmir.

Избранный
43
arena.az

1Источники