RU

“Suriyadakı mübarizədə Dəməşq rəhbərliyini dəstəkləyirik” - Zaxarova

\"Suriyadakı terror qruplaşmalarına qarşı mübarizədə Dəməşq rəhbərliyini dəstəkləyirik”.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Rusiya Xarici işlər nazirinin mətbuat katibi Mariya Zaxarova jurnalistlərlə görüşündə deyib.
 
Zaxarova açıqlamasında deyib:
 
\"Bu hücumu birmənalı şəkildə pisləyirik. Şübhə yoxdur ki, onlar xarici qüvvələrin təxribatı və hərtərəfli dəstəyi olmadan belə cəsarətli bir hərəkət edə bilməzlər. Bu qüvvələr Suriyada yeni silahlı qarşıdurma dalğasının başlamasını və burulğanı artırmağı hədəfləyirlər\".
 
Rusiya 2015-ci ildən Suriya prezidenti Bəşər Əsədə hərbi dəstək verir. Rusiyanın Aralıq dənizinə bağlı yeganə hərbi bazası Suriyada Himeymimdə yerləşir. 

Zaxarova Suriyada döyüşən müxalif qrupların Ukraynadan pilotsuz uçuş aparatları aldığını və bu vasitələrdən istifadə etmək üçün təlim keçdiyini iddia edib. 

Bundan əlavə, Zaxarova Suriyada döyüşən bəzi silahlıların keçmiş Sovet İttifaqı ölkələrindən gəldiyini iddia edib.

Mikayıl
Избранный
64
21
azxeber.com

10Источники