RU

Koreyanın müdafiə naziri İSTEFA VERDİ

Cənubi Koreyanın müdafiə naziri istefa verib.

Turkustan.az-ın məlumatına görə, prezident Yun Sok Yolun uğursuz hərbi vəziyyət cəhdindən sonra müdafiə naziri Kim Yong-hun istefa ərizəsini təqdim edib.

Qeyd edək ki, ötən gün Cənubi Koreyada 50 ildən artıq müddətdə ilk dəfə hərbi vəziyyət elan edilib. Bu barədə ölkə prezidenti Yun Sok Yol qərar verib. Yerli vaxtla saat 23:00-da milli televiziyada hərbi vəziyyət elan edilib və buna səbəb kimi təhlükəsizlik problemləri və Şimali Koreya təhlükəsi göstərilib.

Lakin Cənubi Koreya müxalifəti dərhal ölkə prezidentinin hərbi vəziyyət elan etməsini qanunsuz və konstitusiyaya zidd elan edib. Yun Sok Yolun öz partiyası olan mühafizəkar Xalq Gücü Partiyasının lideri də hərbi vəziyyəti “yanlış addım” kimi qiymətləndirib.

Yerli vaxtla gecə saat 01:00-da binaya toplaşan 300 deputatdan 190-ı hərbi vəziyyət qərarının əleyhinə səs verib və prezident Yunun qərarı etibarsız elan edilib. /modern.az/

Избранный
9
4
turkustan.az

7Источники