RU

Alman qadınları tort bişirməyəcək - MARAQLI HADİSƏ

Avropa Birliyi qəbul etdiyi yeni qaydalarla Almaniyada qadınların tort bişirib satmaq ənənəsinin qarşısını alıb.

 

Sfera.az xəbər verir ki, Almaniyada evdə bişirilən tortların satılması ənənəsi geniş yayılıb. Almaniyanın Şlezviq Holşteyn əyalətinin Bordesxolm şəhərindəki Milad bazarında təxminən 50 ildir ki, hər il evdə hazırlanan meyvəli tortlar satılır. Amma bu ildən yeni qaydalarla əlaqədar vəziyyət dəyişib.

 

Avropa Birliyinin yeni qərarına görə, evdə hazırlanan məhsullar “qida şirkəti” sinfinə daxil edilib. Yeni qaydalara əsasən, tortun satışa çıxarılması üçün onun tərkibi haqqında ətraflı məlumat olmalı, tort daşınan zaman soyuducudan və ya soyutma sistemi olan vasitədən istifadə edilməli və tort bişirənin səhiyyə nazirliyindən xüsusi sertifikatı olmalıdır.

 

Bu qərar tort bişirməyi sevən evdar qadınların narazılığına səbəb olub. Almaniyanın Evdar Qadınlar Assosiasiyasının prezidenti Klodi Yarqstorf deyib ki, bu qərardan sonra evlərdə tortların hazırlanması və satışı dayandırılacaq.

 

Vasif

Sfera.az

 

Избранный
26
sfera.az

1Источники