RU

"Mübarizəni dayandırdığımız üçün çox məyusuq" - Vensan Kompani

Almaniya Kubokunun 1/8 finalında evdə "Bayer Leverkuzen"ə uduzaraq (0:1) mübarizəni dayandıran "Bayern Münhen"in baş məşqçisi Vensan Kompani yenilgini şərh edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Bayern & Germany" belə çatdırıb:

"Mübarizəni dayandırdığımız üçün çox məyusuq. Qırmızı vərəqə oyuna təsirsiz ötüşmədi. Uşaqlar yaxşı oynadılar, xarakter göstərdilər. Kimisə günahlandıra bilmərəm.

Hazırda ikili hisslər keçirirəm. Birincisi budur ki, biz uduzduq və bu mövsüm Almaniya Kubokunu qazana bilməyəcəyik. İkincisi isə bu, xüsusi görüş idi. Biz azlıqda qalandan sonra əlimizi yanımıza salıb sonu gözləmədik. İstəyimizə çatacağımıza ümid edirdik. 10 nəfərlə də hücumda fəal görünürdük. Belə davam etsək, çox oyunda qələbə qazana bilərik. Təəssüf ki, Almaniya Kuboku yenə də bizim olmayacaq".

Xatırladaq ki, matçın 17-ci dəqiqəsində qapıçı Manuel Noyer birbaşa qırmızı vərəqə alaraq "Bayern"i azlıqda qoyub. Münhen təmsilçisi ardıcıl 5 mövsümdür ki, Almaniya Kubokunu qazana bilmir.

Nihat

Избранный
34
fanat.az

1Источники