RU

Rusiya ağırlıqqaldıranlarına “yaşıl işıq”

Əksər idman federasiyaları tərəfindən bütün yarışlardan kənarlaşdırılan Rusiya təmsilçilərinin beynəlxalq arenaya qayıdışına gələn il start verilə bilər.

İdman.biz xəbər verir ki, şimal qonşularımızın kənarlaşdırılması qərarını ləğv etmək niyyətində olan ilk federasiya Beynəlxalq Ağırlıqqaldırma Federasiyasıdır.

Bunu İWF-in prezidenti Mohammed Calud açıqlayıb. O, qurumun bu gün keçirilən Konqresində rusiyalı atletlərin yaxın zamanda yarışlara buraxılacağını bildirib. Bu ölkənin ağırlıqqaldıranları 2025-ci ildə keçiriləcək dünya və Avropa çempionatında iştirak edə bilərlər. Onların yarışlara buraxılması yolları sabah – dekabrın 5-də müəyyənləşəcək.

Qeyd edək ki, gələn il dünya çempionatı Norveçdə, Avropa çempionatı Moldovada təşkil olunacaq.

İdman.biz

Избранный
19
1
idman.biz

2Источники