Hakim Novruz Kərimov dövlət ittihamçısı dəyişdiyi üçün yeni prokuror Elvin Mirzəyevi təqdim edib.
Sonra şahid qismində qətlə yetirilən Rəşid Rüstəm oğlu İmanovun anası Günel İmanova ifadə verib:
"Mən Rəhim Əsədovu tanımıram. Hadisə baş verən gün mən işdə idim. Hər gün mən işdə olanda məni yığırdı. Zəng elədim, gördüm Rəşidin telefonundan kimsə yazdı. Amma Rəşid solaxay olduğuna görə göndərdiyi onun yazdığı mesaj deyildi. Sonra qaynım oğlu İsmayılı göndərdik evə, gördü Rəşid qanın içindədir. Rəşidin qanını yerdə qoymayacağam. Ona ömürlük cəza istəyirəm. Məni Rəşid saxlayıb aşpazlığı ilə".
Növbəti şahid, Rəşidin qardaşı Riyad İmanov ifadə verib:
"Rəhimi tanımıram. Hadisə barədə heç nə bilmirəm, mən işdə olmuşam, ofisiant işləyirdim. Bu gəlib evə, aralarında mübahisə olub, öldürüb Rəşidi. Hadisə barədə mənə əmim oğlu məlumat verib. Qardaşım aşpaz işləyib".
Xatırladaq ki, 2024-cü il iyunun 14-də paytaxtın Sabunçu rayonu ərazisində 2006-cı il təvəllüdlü Rəşid İmanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2006-cı il təvəllüdlü Rəhim Əsədovun rayonun Balaxanı qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəşid İmanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
8Источники
-
news24.azQətlə yetirilən şəxsin anası: “Oğlumun qanını yerdə qoymayacağam” ( 13664083)
-
olke.azQətlə yetirilən şəxsin anası: "Oğlumun qanını yerdə qoymayacağam" ( 13658785)
-
pravda.azQətlə yetirilən şəxsin anası: "Oğlumun qanını yerdə qoymayacağam" ( 13658638)
-
musavat.comQətlə yetirilən şəxsin anası: "Oğlumun qanını yerdə qoymayacağam" ( 13657486)
-
editor.azQətlə yetirilən şəxsin anası: “Oğlumun qanını yerdə qoymayacağam” ( 13656799)
-
demokrat.azQətlə yetirilən şəxsin anası: "Oğlumun qanını yerdə qoymayacağam" ( 13656430)
-
sfera.az"Oğlumun qanını yerdə qoymayacam" - Qətlə yetirilən şəxsin anası ( 13655149)
-
unikal.az"Oğlumun qanını yerdə qoymayacam" - Cinayət işi ( 13642285)