RU

Biz sərhədin növbəti hissəsində delimitasiyaya başlamalıyıq - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsi tərəfdən regional sabitliyə zərər verə biləcək hər hansısa hərəkətin mümkünlüyünü istisna edib.

“İki sahil” Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə o, parlamentdə çıxışında bildirib.

“Bizə Azərbaycanla heç bir müharibə qətiyyən lazım deyil. İstənilən təcrübəli müşahidəçi başa düşür ki, daxili siyasi mövqelərimizi gücləndirmək üçün, əksinə, regionda sabitlik lazımdır”, - o deyib.

Ermənistan hökumətinin başçısı qeyd edib ki, Ermənistan Alma-Ata Bəyannaməsi əsasında Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və sərhədlərin delimitasiyası prosesini davam etdirməyi planlaşdırır.

“Biz sərhədin növbəti hissəsində delimitasiyaya başlamalıyıq və bu proses davam edir. Məqsədimiz sülh müqaviləsini razılaşdırmaqdır, onun da 90 faizi artıq tamamlanıb”, - Paşinyan söyləyib.

O, həmçinin bildirib ki, regionda yeni eskalasiya üçün heç bir səbəb görmür.

Избранный
34
12
ikisahil.az

10Источники