RU

21-ci Ankara Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun nəşrləri təqdim olunub

21-ci Ankara Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi kitabların təqdimatı olub.

Fondun nümayəndələri AZƏRTAC-a bildiriblər ki, tədbirdə bir çox nəşrlərlə yanaşı, türk xalq musiqisinin və aşıq ənənəsinin ən parlaq nümayəndələrindən biri olan Aşıq Veysəl yaradıcılığı barədə məqalələr toplusu, eləcə də görkəmli yazıçı Ömər Seyfəddinin “Hekayələr”i təqdim olunub.

Təqdimatda Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri Fəxri Hacıyev, Türk Dilçilik Təşkilatının rəhbəri professor Osman Mert, ölkəmizin Türkiyədəki səfirliyi yanında Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov iştirak ediblər.

Çıxış edənlər türk xalqlarının ədəbi-mədəni irsinin türk dövlətlərinin çoxsaylı diasporu arasında da təbliğinin vacibliyini qeyd ediblər.

F.Hacıyev əmin edib ki, Türk Mədəniyyəti və İrsi Fondu bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirmək və digərləri ilə yanaşı, 2025-ci ildə Aşıq Ələsgər irsinə həsr olunmuş beynəlxalq simpozium təşkil etmək niyyətindədir.

Qeyd edək ki, tədbirin iştirakçıları arasında Türkiyənin milli müdafiə nazirinin müavini Şuay Alpay, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç, Azərbaycan səfirliyinin, TÜRKSOY-un, ictimaiyyətin nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri, yazıçılar yer alıblar.

Избранный
24
yeniazerbaycan.com

1Источники