RU

Cənubi Koreyada prezidentin istefası istənilir

Cənubi Koreyanın əsas müxalifət partiyası olan Demokratik Partiyası prezident Yoon Suk Yeolun hərbi vəziyyət elan etmək qərarına görə istefa verməsini tələb edib.

Milli.Az xəbər verir ki, bu barədə Kyodo xəbər agentliyi xəbər verir.

300 yerlik parlamentdə 170 yerə nəzarət edən Demokrat Partiyası əks halda prezidenti impiçmentlə hədələyib.Cənubi Koreya konstitusiyasına görə, prezidentin impiçmenti təklifi qanunvericilərin üçdə ikisinin dəstəyini tələb edəcək. Hakim partiya yerlərin təxminən üçdə birinə nəzarət edir.

Qeyd edək ki, çərşənbə axşamı ölkə parlamenti, 45 ildə ilk dəfə olaraq, prezidentin gün əvvəl tətbiq etdiyi hərbi vəziyyətin ləğvi üçün səs verib. Ümumilikdə, hərbi vəziyyət cəmi altı saat qüvvədə qalıb.

Nərmin
Milil.Az

Избранный
28
milli.az

1Источники