RU

“Avroviziya-2025”də iştirakdan imtina etdilər » AzadMedia.az


Monteneqronun “Avroviziya-2025”dəki təmsilçiləri “NeonoeN” qrupu “Clickbait” mahnısı ilə qalmaqal fonunda müsabiqədə iştirakdan imtina edib.

Buna səbəb qrupun müsabiqə qaydalarını pozmasıdır.

Belə ki, komandanın milli seçimdə qələbəsindən sonra “NeonoeN”in müsabiqədə iştirakının qanuniliyi ilə bağlı sosial şəbəkələrdə tənqid və mübahisə dalğası yaranıb.

Bildirilib ki, onların treki daha əvvəl fərqli aranjimanda - 2023-cü ilin iyununda “Montesong” festivalında dinlənilib.

“Avroviziya” qaydalarına əsasən, mahnı milli seçimdə təqdim olunana qədər 2024-cü il sentyabrın 1-dək bəstə və ya onun fraqmenti açıq şəkildə ifa edilə, sosial şəbəkələrdə yayımlana bilməz. Qrup əvvəlcə qaydaları pozduqları ilə razılaşmayıb, lakin bir həftə sonra namizədliyini geri götürmək qərarına gəlib.

Qeyd edək ki, “Avroviziya” mahnı müsabiqəsi gələn il İsveçrədə keçiriləcək.
Избранный
19
5
azadmedia.az

6Источники