RU

Çeçenistanın paytaxtına dron hücumu - Ölənlər var

\"Çeçenistanın paytaxı Qroznıya Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA-larla hücum olunub”.

AZXEBER.COM \"Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda Çeçenistan rəhbəri Ramzan Kadırov teleqram hesabında bildirib.

Kadırov qeyd edib ki, PUA xüsusi təyinatlı polis alayının inzibati binasının damına ziyan vurub, hücum nəticəsində ölənlər olub.

\"Bu gün şəhərin mərkəzində dron vurulub. Onlar yanacaqdoldurma məntəqəsini və polis məntəqəsinin damını dağıdıblar. Mülki əhali zərər görüb. Ölənlər var”, - Çeçenistan rəhbəri bildirib.
Избранный
33
3
azxeber.com

4Источники