RU

Ceyhun Bayramov kiprli həmkarı ilə regional məsələləri MÜZAKİRƏ EDİB - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Kipr Respublikasının xarici işlər naziri Konstantinos Kombos arasında görüş olub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi sosial şəbəkələrdəki rəsmi hesabında məlumat yayıb.

Bildirilib ki, görüş qarşılıqlı maraq doğuran məsələlərin, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi məqsədilə keçirilib.

Tərəflər bir-birinin mövqelərini daha yaxşı başa düşmək üçün dialoqun davam etdirilməsinə sadiq olduqlarını bir daha bəyan ediblər.






Bizim.Media

Избранный
17
6
bizim.media

9Источники