RU

UnitedHealthcare-in baş direktoru Nyu-Yorkda qətlə yetirildi

Bakı. Trend:

ABŞ-ın ən böyük sığorta şirkətlərindən biri olanUnitedHealthcare-in baş direktoru Brayan Tompson Nyu-Yorkunmərkəzində silahlı hücum nəticəsində öldürülüb.

Trend xəbər verirki, Nyu-York Polis Departamentinin (NYPD) komissarı Jessica Tischhadisəni “həyasız və məqsədyönlü hücum” kimi qiymətləndirib. Polisməlumatına görə, Tompson yerli vaxtla səhər saat 6:45-də Nyu YorkHilton Midtown otelinin yaxınlığında güllələnib.

Tisch bildirib ki, hücum edən şəxs otelin girişində Tompsonugözləyib və atəş açaraq onun kürəyinə və ayağına xəsarət yetirib.Silahlı şəxs digər yoldan keçənlərə məhəl qoymayaraq qurbanınıhədəfə alıb.

Cinayətin motivi hələ ki, naməlumdur. Hüquq-mühafizə orqanlarıcinayətkarı müəyyənləşdirmək və yaxalamaq üçün araşdırmaları davametdirir. Hazırda təcavüzkarın axtarışı artıq 7 saatdır ki, davamedir.

Избранный
66
az.trend.az

1Источники