RU

ABŞ-də neft ehtiyatları son bir həftədə 5,1 milyon barel azalıb

ABŞ-də kommersiya məqsədli neft ehtiyatları son bir həftə ərzində 5,1 milyon azalaraq 29 noyabr 2024-cü il tarixinə 423,4 milyon barel təşkil edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, cari ehtiyat səviyyəsi ilin bu vaxtı üçün beşillik orta göstəricidən 5 % aşağıdır.

Birja məlumatlarına görə, Londonun ICE birjasında “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 0,02 % azalaraq 73,56 dollar/barel, WTI markalı neftin yanvar fyuçerslərinin qiyməti isə 0,01 % azalaraq bir barelə görə 68,87 ABŞ dolları təşkil edib.

Избранный
51
2
azpolitika.info

10Источники