1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İspaniya çempionatının 19-cu turunda "Atletik Bilbao" "Real Madrid"i qəbul edib.
Oxu.Az xəbər verir ki, qarşılaşma 2:1 hesabı ilə "Atletik Bilbao"nun xeyrinə başa çatıb.
İlk hissədə komandalar qol vura bilməyib. Matçda hesabı 53-cü dəqiqədə "Atletik Bilbao"nun hücumçusu Aleks Berenger açıb. 69-cu dəqiqədə Killian Mbappe penaltini reallaşdıra bilməyib. 79-cu dəqiqədə Cud Bellinqem hesabı bərabərləşdirib. 80-ci dəqiqədə "Atletik" Qorka Qurusetanın qolu ilə hesabda önə keçib.
"Atletik Bilbao" 16 matçda 29 xal toplayıb və dördüncü yerdədir. "Real Madrid" 33 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.