RU

Ermənistanın müsbət cavab verməsini gözləyirik - Çavuşoğlu

Azərbaycanın Qarabağ Zəfəri, əslində, türklərin gücünü dünyaya göstərmək baxımından əhəmiyyətli bir Qələbədir. Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu lazım olanı etdi və torpaqlarını işğaldan qurtardı. Amma bütün məsələlər hələ ki, bitməyib. Azərbaycan sülhün tərəfdarıdır və sülh təkliflərini qarşı tərəfə - Ermənistana çatdırıb. Hazırda danışıqlar davam edir. Təbii ki, biz bu danışıqlardan müsbət, konkret nəticələr gözləyirik. Biz Ermənistandan da Azərbaycanın bu səmimi xoş niyyətinə müsbət cavab verməsini gözləyirik.

Publika.az xəbər verir ki, bunu Türkiyənin sabiq xarici işlər naziri, TBMM-in NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Beynəlxalq Demokratlar Birliyinin (UID) Bakıda yerləşən Türk Ticarət Mərkəzində keçirilən iclasında çıxışı zamanı deyib.

“Əvvəllər öz yerlərindən köçməyə məcbur olmuş azərbaycanlı qardaşlarımız hazırda öz vətənlərinə dönürlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı üçrəngli bayrağımızın dalğalandığı bütün torpaqların yenidən qurulması üçün böyük səylər var və keçmiş məcburi köçkün dediyimiz qardaşlarımız bu torpaqlara sevinclə qayıdırlar. Qərbi Azərbaycan İcmasının məqsədi zorla didərgin edilən qardaşlarımızın da sülh yolu ilə və beynəlxalq hüquq çərçivəsində öz evlərinə qayıtmasıdır. Digər tərəfdən, Azərbaycanın vaxtilə işğal olunmuş torpaqlarında dağıdılan bütün tarixi abidələr, məscidlər, qəbiristanlıqlarla bağlı bir çox problemlər davam edir. Təəssüf ki, Ermənistanı bu prosesə mənfi yönləndirməyə çalışan Fransa kimi ölkələr də vardır”, - deyə o əlavə edib.

Избранный
42
8
publika.az

10Источники