RU

Avropa Mərkəzi Bankı zəif iqtisadi artım gözləyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Mərkəzi Bankı regionda zəif iqtisadi artım proqnozlaşdırır.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristin Laqard Avropa Parlamentinin (AP) İqtisadiyyat və Maliyyə Məsələləri Komitəsinin Brüsseldə keçirilən iclasında çıxış edib.

Geosiyasi mühitin sürətlə dəyişdiyinə diqqət çəkən Laqard iqtisadi modeldə əhəmiyyətli struktur problemlərlə üzləşdiklərini bildirib.

O, Avropanın sürətli və cəsarətlə hərəkət etməli olduğuna diqqət çəkib. Laqard investisiyaların təşviqi, innovasiyaların dəstəklənməsi və məhsuldarlığın artırılmasına diqqət yetirməyin vacibliyini vurğulayıb.

Avrozonanın 5 rüb boyunca davam edən durğunluqdan sonra bu ilin ilk yarısında mülayim iqtisadi artım nümayiş etdirdiyini xatırladan Laqard real artımın əsasən ixrac və dövlət xərcləri hesabına baş verdiyini dilə gətirib.

Onun sözlərinə görə, iqtisadi siyasətin qeyri-müəyyənliyi və keçmiş pul siyasətinin sərtləşdirilməsinin təsiri səbəbindən daxili özəl tələb zəif olaraq qalmaqdadır. 

Ən sərfəli kredit üçün müraciət et

Избранный
28
banco.az

1Источники