RU

Son 18 ildə ümumi təhsil müəssisələrinin sayı azalıb — STATİSTİKA

Son 18 ildə Azərbaycanda ümumi təhsil müəssisələrinin sayı azalıb.

Demokrat.az xəbər verir ki, AzEdu.az-ın Dövlət Statistika İdarəsindən əldə etdiyi məlumata əsasən, 2005-2006-cı illərdə ölkəmizdə 4550 ümumi təhsil müəssisəsi fəaliyyət göstərib, 2023-2024-cü illərdə isə bu say 4422 olub. Həmin müəssisələrdə təhsil alan şagirdlərin isə sayı 1583628-dən 1704217 nəfərə yüksəlib.

Statistikalar göstərir ki, bu illər ərzində liseylərin sayı artaraq 63-dən 119-a çatıb.

18 il ərzində təhsilalanlar arasında qızların sayının artması da müsbət göstəricidir. Belə ki, 2005-2006-cı illərdə təhsil alan qızların sayı 752822, 2023-2024-cü illərdə isə 794583 nəfər olub.

Избранный
15
6
demokrat.az

7Источники