RU

Veteran investor Mobiusdan Argentinanın yeni prezidentinə dəstək

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

İnkişaf etməkdə olan ölkələrlə bağlı strategiyaları ilə tanınan məşhur investor Mark Mobius Argentina seçkilərində qalib gələn Xavyer Mileinin dollarlaşma planının iqtisadiyyatı dəstəkləyəcəyini bəyan edib. Mobius Mileyinin mərkəzi bankı bağlamaq planının başqa bir doğru addım olacağını bildirdi.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, təcrübəli inkişaf etməkdə olan bazar investoru Mark Mobius Argentinadakı seçkilərdə qalib gələn Xavier Mileyinin Argentina iqtisadiyyatını dollarlaşdırma planının ölkəyə böyük dəstək verəcəyini bildirib.

Mobius Bloomberg TV-yə verdiyi müsahibədə "Bu, iqtisadiyyat və ölkə üçün inanılmaz təkan olacaq. İnflyasiyanın kəskin şəkildə azaldığını görəcəksiniz. Əgər onlar mərkəzi bankdan qurtulsalar, bu, düzgün istiqamətdə daha bir addım olacaq" dedi.

Mobius Cənubi Amerika ölkəsinin dəyişkən valyutası və yüksək inflyasiya səbəbindən indiyə qədər investisiya üçün "təhlükəli" və "çətin" yer olduğunu söylədi.

Argentinalıların özlərini qorumaq üçün xaricdə dollar saxladıqlarını və güvən artdıqca bu pulun ölkəyə dönə biləcəyini də əlavə edən Mobius, "Bu psixoloji təsirdir. Dollardan asılı olduğunuz müddətcə inanılmaz bir güvəni görəcəksiniz" dedi.

Günel Məlikzadə
Fins.az

 

 

Избранный
437
13
Источники
Комментарий ()
Закрывать