RU

Şərqi Azərbaycanda tarixi abidlərin sayı açıqlandı

Şərqi Azərbaycan əyalətində bu günə kimi tanınan 4 min tarixi abidə mövcuddur və onlardan 2075-i qeydiyyata alınıb.

Bu barədə əyalətin Mədəni İrs Təşkilatının saytında məlumat dərc olunub.

Məlumata görə, YUNESKO əsərlərdən bir neçəsini qeydə alıb, bir neçə əsərin isə qeydiyyata alınması gözlənilir.

Beynəlxalq səviyyədə qeydə alınan əsərlər arasında Təbriz bazarı, Rəşidiyyə Universitetinin adları var.

Şeyx Şahabəddin Əhri məqbərəsi, Marağa Rəsədxanası, Rübi Rəşidi kompleksi və Xodaafrin tarixi körpülərinin isə qeydə alınması üçün iş gedir..

Qeyd edək ki, onlarla tarixi abidə YUNESKO-nun tələbləri və standartlarına uyğun qorunmadığı, bərpa edilmədiyi üçün qeydiyyata alınmayıb.

Bu qəbildən olan abidələr sırasında təbiət abidələri olan Qaradağın Dizmar və Hirkan meşələri də var.

Bölgənin ağ ciyərləri adlandırılan bu meşələr, mədən istismarçıları tərəfindən dağıdılıb, buna görə, YUNESKO hələlik onları qeydə almaqdan imtina edir.

visiontv.az



Избранный
26
visiontv.az

1Источники