RU

“Azərbaycanın yeni iqlim strategiyası hazırlanır” – Nazir müavini

“Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyasının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb”.

Bizim.Media xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Elm və Təhsil Nazirliyi ilə birgə keçirdiyi Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda deyib.

“Bu il ölkəmiz qlobal miqyasda metan emissiyalarının 30 faiz azaldılması təşəbbüsünə qoşulub.

Bu hədəflərə nail olmaq məqsədilə son illər siyasi, iqtisadi və qanunvericilik islahatları aparılır.

Karbon emissiyalarının azaldılması məqsədilə yeni qanun layihəsi hazırlanıb. Eyni zamanda ətraf mühitə buraxılan zərərli qazların azaldılması və sağlam ətraf mühitin yaradılması məqsədilə ölkədə meşə, yaşıllıq ərazilərinin genişləndirilməsi üçün müvafiq işlər həyata keçirilir.

Hazırda ölkəmizin yeni iqlim strategiyasının hazırlanması istiqamətində işlər görülür. Yeni iqlim strategiyası bütün iqtisadi sektorları əhatə etməklə, aşağı karbonlu inkişafı hədəfləyəcək.

İqlim dəyişikliyin təsirini yumşaltmaq üçün bərpaolunan enerji mənbələrindən istifadənin artırılması, daha səmərəli enerji texnologiyalarının inkişafı ilə bağlı tədbirlər həyata keçirilir.

Son illərdə Azərbaycan “yaşıl iqtisadiyyat”a keçid istiqamətində mühüm addımlar atır”, - deyə nazir müavini əlavə edib.

Nuray, Sadiq Məmmədov, Bizim.Media

Избранный
40
bizim.media

1Источники