RU

"Rusiyanın enerji bazarından sıxışdırılması dünya iqtisadiyyatının çökməsinə gətirib çıxaracaq"

"Rosneft"in rəhbəri İqor Seçin hesab edir ki, Rusiyanın enerji bazarından sıxışdırılması qaçılmaz olaraq dünya iqtisadiyyatının çökməsinə gətirib çıxaracaq. Məhz Rusiya Federasiyası və onun tərəfdaşları son 10 ildə enerji bazarının sabitləşməsinə ən böyük töhfəni vermiş, çox vaxt öz maraqlarını qurban vermişlər.

O qeyd edib ki, ölkənin mineral ehtiyatlarının ümumi dəyəri 100 trilyon dollar təşkil edir ki, bu da ABŞ-dakı eyni göstəricidən təxminən 2 dəfə çoxdur.

“Dollardan sanksiyalar vasitəsi kimi istifadə etmək də böyük səhvdir, çünki ticarət heç vaxt dayanmayacaq, həm enerji təhlükəsizliyi, həm də həyat bundan asılı olacaq”, – "Rosneft"in rəhbəri bildirib.

Избранный
23
1
marja.az

2Источники