RU

Münaqişələrdən təsirlənən regionlarda barışıq və sülh quruculuğu səyləri mövzusunda panel keçirilib

“Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda Qərbi Azərbaycan İcmasının təşkil etdiyi II beynəlxalq konfrans çərçivəsində “Münaqişələrdən təsirlənən regionlarda barışıq və sülh quruculuğu səyləri” mövzusunda panel keçirilib.

APA xəbər verir ki, keçirilən paneldə siyasi şərait, bu müstəvidə hansı addımların uğurlu olacağı müzakirə edilib.

Panelin moderatoru millət vəkili Qaya Məmmədov qarşıya qoyulan problemlərdən bəhs edib, çıxışçıları təqdim edib.

Madrid Muxtar Universitetinin İqtisadi İdarəetmə Məktəbinin Elmi Məsləhət Komitəsinin üzvü Uriarte Sançes Karlos Cənubi Qafqazın Azərbaycan-Ermənistan münasibətləri nöqteyi-nəzərindən siyasi gərginlik şəraitində olduğundan bəhs edib: “Sülhün bərqərar olunması dövlətlərin strateji baxışından asılıdır. Azərbaycan tərəfi öz strateji baxışını aydın şəkildə ifadə edir. Ermənistanla bağlı isə eyni fikri bildirmək olmur. Regionda sülhü bərqərar etmək vacib məsələdir. Təkcə ölkələrin xarici siyasəti yox, həm də yerli icmaların fəaliyyəti burada prioritet məsələlərdəndir”.

“Sülhpərvər planet” qeyri-hökumət təşkilatının təsisçisi Dunkan Ceyms Lord Arnold Makneir, Pakistan İslam Respublikası Milli Assambleyasının üzvü Ammar Əhməd Xan Leqari, ADA Universitetinin professoru Damyan Krnjeviç-Mişkoviç, Amerika Dini Azadlıq Mərkəzinin baş direktoru dr. Jannah Skott çıxışlarında sülh şəraitinin hər bir region üçün vacibliyindən və zəruri addımlardan bəhs ediblər.

Избранный
25
apa.az

1Источники