RU

ABŞ-ın nüfuzlu senatoru Azərbaycan hakimiyyətini tanınmış hüquq müdafiəçisi Rüfət Səfərovu dərhal azad etməyə çağırıb, Turan-ın Vaşinqton müxbiri bildirib.

"Rüfət Səfərov  insan hüquqları sahəsində xidmətlərinə görə Dövlət Departamentinin mükafatını almaq üçün gələn həftə mənimlə və digər senatorlarla görüşməliydi, lakin Azərbaycan rejimi onu uydurma ittihamlarla həbs etdi", - Senatın Beynəlxalq Əlaqələr Komitəsinin sədri Ben Kardin deyib.

Defense Line yerli hüquq-müdafiə təşkilatının direktoru Səfərov bazar ertəsi həbs olunduqdan sonra dörd ay müddətinə ilkin həbs cəzasına məhkum edilib.

2015-ci ildə keçmiş prokuror Səfərov həbs edilib və 2019-cu ildə İlham Əliyev onu əfv edənə qədər üç il həbsdə qalıb.

Səfərovun ailəsinin sözlərinə görə, o, insan hüquqları mükafatını almaq üçün yaxın günlərdə ABŞ-a getməliydi.

"Onun ədalət uğrunda mübarizəsi həbsxana divarlarından kənara çıxır. O dərhal azad edilməlidir", -Kardin deyib.

Избранный
24
turan.az

1Источники