Musavat.com bildirir ki, Heyət Təhrir əş-Şam (HTŞ) və digər müxalif qruplar noyabrın 27-dən Əsəd rejiminə qarşı genişmiqyaslı əməliyyatlar keçirərək, mühüm strateji əhəmiyyətə malik Həma şəhərini üç tərəfdən mühasirəyə alıblar.
Suriya İnsan Haqları Müşahidə Qrupu bildirir ki, müxalif qruplarla Əsəd rejimi qüvvələri arasında şiddətli döyüşlərdən sonra Həmadan cənubdakı Humsa doğru yalnız bir yol açıq qalıb. Bu yol şəhərin 3-4 kilometrliyində yerləşir və rejim qüvvələrinin geri çəkilmək üçün istifadə etdiyi yeganə marşrutdur.
Ərəb mətbuatı müxalif qrupların artıq Həmada yerləşən Təl-ən-Nasiriyə, Rəhbət əl-Təslih, Maarşəhur, Taybət əl-İmam, Halfaya və Xəttab kimi strateji əraziləri nəzarətə götürdüyünü bildirir. Bundan əlavə, Əsəd rejiminin bir çox nöqtədən geri çəkildiyi və şəhərin müdafiəsində ciddi boşluqların yarandığı qeyd edilir.
Qeyd edək ki, Həmanın ələ keçirilməsi Hələb, Homs və Dəməşqi birləşdirən strateji əhəmiyyətli yolların müxaliflərin nəzarətinə keçməsi ilə nəticələnə bilər.
10Источники
-
demokrat.azSilahlı qüvvələr şəhərə girdi — Bu ölkədə XƏRİTƏ DƏYİŞİR ( 13679269)
-
sitat.infoSuriyada müxalifət qüvvələri Həma şəhərinə daxil olub ( 13678780)
-
bakivaxti.azSuriyada müxalifət qüvvələri Həma şəhərinə daxil olmağa başlayıb ( 13678426)
-
poliqon.infoSuriyada müxalifət qüvvələri Həma şəhərinə daxil olmağa başlayıb ( 13677253)
-
apa.azSuriyada müxalifət qüvvələri Həma şəhərinə daxil olmağa başlayıb ( 13676554)
-
teleqraf.comDəməşqdən əvvəlki son qala: Üç tərəfdən mühasirəyə alındı ( 13670815)
-
reyting.azBəşər Əsədin son qalası mühasirəyə alınıb - Fotolar ( 13669351)
-
cebheinfo.azBlinken: ABŞ Suriyada İŞİD-in dirçəlməsinə yol verməməkdə maraqlıdır ( 13656490)
-
bakivaxti.azBlinken: ABŞ Suriyada İŞİD-in dirçəlməsinə yol verməməkdə maraqlıdır ( 13656154)
-
report.azBlinken: ABŞ Suriyada İŞİD-in dirçəlməsinə yol verməməkdə maraqlıdır ( 13654309)