RU

Rüfət Səfərovun barəsində olan qərardan şikayət verildi

Hüquq müdafiəçisi Rüfət Səfərovun barəsində seçilmiş həbs qətimkan tədbirin seçilməsi ilə bağlı qərardan apellyasiya şikayəti verilib.

Bu barədə Teleqraf.com-a Rüfət Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib.

O bildirib ki, şikayətdə həbs qətimkan tədbirinin ləğv edilməsini, bu təmin olunmasa ev dustaqlığı ilə əvəz olunmasını istəyiblər.

Bəhruz Bayramov əlavə edib ki, Rüfət Səfərov bu gün saxlanılması üçün Bakı İstintaq Təcridxanasına etap olunub.

Qeyd edək ki, dekanı 3-də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Rüfət Səfərovun barəsində 4bay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, fevralın 3-də Natiq İmamquliyev Rüfət Səfərov barəsində Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə şikayət edib.

Natiq İmamquliyev şikayətində 60 min manatını Rüfət Səfərovun ələ keçirdiyini iddia edib.
Rüfət Səfərov isə onu tanımadığını deyib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 221.1-ci (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.
Rüfət Səfərov ittiham üzrə özünü təqsirli bilmir.


Müəllif: Hacı Zeynalov
Избранный
46
18
teleqraf.com

10Источники