Türkiyənin Quru Qoşunları Komandanlığı helikopter və yerüstü döyüş robotunun qəbul fəaliyyətlərini tamamlayıb.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinq zamanı bildirib.
Qeyd olunub ki, yeni T-70 çoxməqsədli helikopteri və “Barkan-3” yerüstü döyüş robotu Türkiyə Quru Qoşunlarının inventarına daxil edilib.