Argentina prezidenti Xavyer Milei Mühafizəkar Siyasi Fəaliyyət Konfransında sosializmi sərt şəkildə tənqid edib.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Argentinanın paytaxtı Buenos-Ayresdə dünyanın hər yerindən mühafizəkar liderlərin iştirakı ilə keçirilən sammitdə çıxış edən Milei İspaniyanın baş naziri Pedro Sançesi və keçmiş baş nazir Xose Luis Rodriges Zapateronu hədəf alıb.
Açıqlamasında sərt tənqidi fikirlər səsləndirən dövlət başçısı deyib:
"Yazıq ispanların çəkdiyi işgəncə idi. Biz hamı üçün bu sosializm cəfəngiyyatına tamamilə son qoymalıyıq. Onlar mədəni və siyasi baxımdan uğur qazandılar, lakin getdikləri yerdə bədbəxtliyə səbəb oldular".
Özünün və Salvador prezidenti Nayib Bukelenin dünyaya yeni imkanlar təqdim etdiyini müdafiə edən Milei ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın da onların yanaşmasını yüksək qiymətləndirdiyini bildirib.
Əli Hüseynov