RU

Fransanın baş naziri postuna namizədlər açıqlandı

Fransanın müdafiə naziri Sebastyan Lekornu, Ponun meri Fransua Bayrou və Troyesin meri Fransua Baruen ölkədəki siyasi böhran fonunda Fransanın baş naziri olmağa əsas namizədlərdir.

Yenicag.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.

“Sebastian Lekornu və Fransua Bayrou və ya Fransua Baruen adları da daxil olmaqla, bir neçə ad artıq məlumdur”, – nəşr bildirib.

Qəzet Makronun müşavirlərinə istinadən qeyd edib ki, yeni hökumət başçısının təyin olunmasına bu cümə axşamı, dekabrın 5-də baxıla bilər.

Избранный
14
2
yenicag.az

3Источники