RU

Cənubi Koreya prezidenti onun istefasını qəbul etmədi

Çərşənbə günü gecə bir neçə saat ərzində ölkədə hərbi vəziyyət elan edən Cənubi Koreya Prezidenti Yun Sok Yol Quru Qoşunlarının Baş Qərargah rəisi Pak An Sunun istefasını qəbul etməyib.

Axar.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata görə, Pak An Su parlamentin müdafiə komitəsinin növbədənkənar iclasında istefa ərizəsini dekabrın 4-də, hərbi vəziyyətin ləğv edildiyi gün verdiyini bildirib. Lakin prezident təhlükəsizlik problemlərini əsas gətirərək onun vəzifədən azad etməkdən imtina edib.

Qeyd olunub ki, prezident Cənubi Koreyda hərbi vəziyyət tətbiq etməyi tövsiyə edən və hərbçilərin parlament binasına göndərilməsinə göstəriş verən müdafiə naziri Kim Yon Hyunun istefasını qəbul edib.

Избранный
26
axar.az

1Источники