Rusiya Polşanın Sankt-Peterburqdakı Baş konsulluğunu bağlayır.
APA-nın Moskva bürosu Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Moskva Poznandakı RF Baş konsulluğunun bağlamasına cavab tədbiri olaraq Polşanın Sankt-Peterburqdakı Baş Konsulluğunun bağlanması barədə nota ilə Varşavanı xəbərdar edib.
Rusiya XİN Polşa tərəfinə Varşavanın istənilən qeyri-dost addımına sərt cavab verəcəyini bildirib.
Bundan əlavə, Rusiya Polşanın Sankt-Peterburqdakı Baş Konsulluğunda çalışmış üç polşalı diplomatı persona nonqrata elan edib.