Süni intellektin 2030-cu ilə qədər 133 milyon yeni iş yerinin yaradılması proqnozlaşdırılır.

İndex.az xəbər verir ki, süni intellektdən ən çox təsirlənəcək sektorlar arasında səhiyyə, maliyyə və bankçılıq, ödəniş sistemləri, sənaye və istehsal, pərakəndə satış, elektron ticarət, nəqliyyat və logistika, təhsil, kənd təsərrüfatı sahələri var.

Bundan əlavə, qeyd edilir ki, süni intellektin 2030-cu ilə qədər qlobal iqtisadiyyata 15,7 trilyon dollar qatqı təmin edəcəyi, bu töhfənin 6,6 trilyon dollarının işçi qüvvəsində məhsuldarlığın artması, 9,1 trilyon dollarının isə istehlak tələbindəki artımdan gələcək.

Hesabatda məhsul inkişafı, risklərin idarə edilməsi və təchizat zəncirinin idarə edilməsinin süni intellektin ən çox istifadə edildiyi sahələr arasında olduğu göstərilsə də, 2024-cü ilin sonuna qədər telekommunikasiya bazarında süni intellektin 2,7 milyard dollar dəyərində olacağı gözlənilir.