“2025-ci il Rusiyada texnoloji inkişafın yeni mərhələsinin başlanması üçün əsas olacaq”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Strateji İnkişaf və Milli Layihələr Şurasının iclasında deyib.
Onun sözlərinə görə, texnoloji liderliyə nail olmaq məsələsi hökumət tərəfindən ətraflı müzakirə olunub.
“Qarşıdan gələn il ölkəmizin texnoloji inkişafında yeni mərhələnin başlanması üçün əsas olacaq. Bilirəm ki, ötən gün hökumət bu məsələləri çox məzmunlu müzakirə etdi. Həmkarlar bu mövzunu ətraflı nəzərdən keçirdilər və Rusiyanın texnoloji liderliyini necə təmin edəcəyini müzakirə etdilər”, – Putin bildirib.
Azpost.info