RU

Gürcüstanda etirazlar bitdi? (ŞƏRH)

"Gürcüstanda Ukraynadakı 2013-2014-cü il "Maydan" senarisinin təkrarlanması ehtimalı yoxdur".
 
Bunu Qaynarinfo-ya açıqlamasında "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyib.

"Əksinə, Gürcü Arzusu Partiyası iqtidarı öz hakimiyyətini daha da möhkəmləndirəcək. Onların öz mövqelərində qəti olduqları göz önündədir", deyə Mehman Əliyev bildirib.

Ekspert düşünür ki, gürcü müxalifəti vahid qüvvə olaraq hakimiyyətə qarşı duruş göstərə bilməyəcək:
 


"Bu gün ilk dəfədir ki, Tiflisdə mitinqlər keçirilməyib. Səhər tezdən hüquq-mühafizə orqanları müxalifətin fəal şəxslərini həbs edib. Dünən axşam isə müxalifətdən parlamentə düşən 4 aparıcı siyasi partiya nümayəndələri Rustaveli küçəsindəki "Mariot" otelində toplantı üçün yığışmağa cəhd etsələr də, bunun qarşısı alınıb. Bu o deməkdir ki, müxalifət artıq küçə etirazlarından əl çəkib. Deməli, getdikcə vəziyyət stabilləşməyə doğru gedir".

Həmsöhbətimiz düşünür ki, bunun arxasında hansısa sövdələşmə dayanır: 

"Sövdələşmə olub ki, onlar prosesi hələlik dayandırıblar".

Qeyd edək ki, Gürcüstanda keçirilən son parlament seçkilərindən sonra bu ölkədə vəziyyət gərginləşib. Müxalifər seçkinin nəticələrini tanımayaraq, küçələrə çıxıb. Hakim "Gürcü Arzusu" hökuməti də öz mövqeyində möhkəm dayanıb. Hələlik müxalifət etiraz aksiyaları fonunda hər hansı bir uğur qazana bilmir. Bir çox ekspertlər isə Gürcüstanda da Ukraynadakı 2013-2014-cü ilin "Maydan” hərəkatının təkrarlana bləcəyini istisna etmirlər. 

Rüfət Sultan

Избранный
39
22
qaynarinfo.az

10Источники