RU

Növbəti il üçün Böyük Qayıdışa 4 milyard manat ayrılıb - AÇIQLAMA

“Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə köç davam edir”

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Tural Gəncəliyev saytımıza açıqlamasında bildirib.

Onun sözlərinə görə, müharibəni bitirib, torpaqları azad etdikdən sonra qısa müddət ərzində, həm intensiv quruculuq bərpa işləri, həm də Böyük Qayıdış proqramı başlayıb.

2025-ci il dövlət büdcə müzakirələrində də Böyük Qayıdış Proqramının 1-ci fazası üçün artıq əlavə 4 milyard manat vəsait ayrıldı: “Bu da onu göstərir ki, Böyük Qayıdış Proqramı çərçivəsində torpaqlara köç sürətlə davam edəcək. Bu həm də Azərbaycan üçün dünya səviyyəsində şərəfli tarixin yazılması deməkdir. Bizim məsələdə unikallıq ondan ibarətdir ki, qısa müddətdə biz bunu edirik. Xatırlatmaq istəyir'm ki, II Dünya Müharibəsindən sonra Avropa şəhərləri darmadığın qalmışdı, milyonlarla insan öz evlərindən didərgin düşmüşdü. Müharibə bitəndən sonra onillər lazım oldu ki, dağılmış şəhərlər tam bərpa edilsin, insanlar öz torpaqlarına köçsün. Bizim əldə etdiyimiz uğurlar isə unikallığı ilə seçilir”.

T.Gəncəliyev deyir ki, hazırda dünyada 40 milyon qaçqın və məcburi köçkün var. Bizim 1 milyon qaçqın və köçkünlər artıq o statistika içərisində deyillər. Biz həmin çətin günləri geridə qoyduq. Bizim gördüyümüz işləri, qazandığımız uğurları xatırlatmaq hamımız üçün faydalıdır.

Избранный
50
operativmm.az

1Источники