RU

Kuleba ABŞ-yə köçüb?

Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kulebanın ABŞ-yə köçdüyü barədə iddialar yayılıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

 

Ancaq Kulebanın özü bu məlumatı təkzib edib.

 

O bildirib ki, Harvarddakı Kennedi Məktəbində Belfer Elm və Beynəlxalq Əlaqələr Mərkəzinin baş elmi işçisi olub.

 

“Bu doğrudur. Amma bu əməkdaşlığa mənim ABŞ-a köçməyim daxil deyil”, - o, “Ukrainskaya Pravda”ya deyib.

 

Kulebanın nəşrə verdiyi Harvard press-relizində deyilir: “Belfer Mərkəzində qeyri-rezident baş elmi işçi kimi xidmət edən Kuleba Ukraynada qalacaq, akademik semestr ərzində tələbələrlə birbaşa əlaqə saxlamaq üçün Massaçusets ştatının Kembric şəhərinə bir neçə dəfə səfər edəcək

 

  1. Qeyd edək ki, Kuleba müharibənin ilk iki il yarımı ərzində Ukrayna Xarici İşlər Nazirliyinə rəhbərlik edib.
Избранный
36
21
modern.az

10Источники