RU

"Azər Türk Bank" işçilər axtarır - VAKANSİYALAR

Azər Türk Bank

Anderraytinq Mərkəzinin Kiçik və Orta Biznes Kreditləri Təhlil şöbəsində aparıcı mütəxəssis /baş mütəxəssis

Son tarix 05 yan 2025 - Müraciət et

Təsvir

  • Bankın strateji hədəflərinə riayət olunmaqla KOB seqmenti sifarişlərinin anderraytinqini həyata keçirmək;
  • Təqdim edilən rəydə sifarişçilərin biznesindəki riskli məqamları göstərməklə sifariş üzrə risklərin adekvat formada azaldılması üçün təkliflər vermək;
  • Anderraytinqin nəticələriylə bağlı yekun rəy təqdim etmək;
  • KOB seqmentinə aid məhsulların anderraytinqi üçün müvafiq təqdimat, rəy formalarına əlavələrin hazırlanmasında iştirak etmək;

Tələblər

  • Ali təhsil (Maliyyə, İqtisadiyyat üzrə);
  • Azərbaycan Respublikasının “Banklar haqqında” qanunu, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarına bələd olma;
  • Səlis Azərbaycan dili biliyi (rus və ingilis dil biliyi arzuolunandır);
  • KOB seqmenti üzrə kreditləşmə və ya KOB kreditləri üzrə minimum 3 il təhlil və ya anderraytinq  təcrübəsinin olması (Maliyyə sahəsində sertifikatların olması arzuolunandır;
  • Analitik düşüncə, komandada işləmək, vaxtın idarə edilməsi və yüksək səviyyədə ünsiyyət bacarığının olması;
  • MS Ofis proqramlarından (xüsusilə MS Excel) sərbəst istifadə edə bilmək (sertifikatların olması arzuolunandır). 

Vakansiya haqqında

  • Son tarix yanvar 11, 2025
  • Paylaşılıb dekabr 5, 2024
  • Vakansiya növü Tam ştat

 

Anderraytinq Mərkəzinin Korporativ kreditlərin və investisiya layihələrinin təhlili şöbəsində kiçik mütəxəssis

 Son tarix 05 yan 2025 Müraciət et

Təsvir

  • Təhlil prosesinin aparılması üçün bankdan kənarda və bankın daxilində müştəri ilə görüşlərdə iştirak etmək;
  • Layihələrin maliyyələşdirilməsi üzrə aidiyyatı struktur bölmələrindən daxil olan sifarişləri müvafiq qaydada təhlil və analiz edilməsi prosesinə dəstək olmaq;
  • Görülmüş işlər barədə mütəmadi olaraq hesabatlar hazırlanması prosesində iştirak etmək;

Tələblər

  • İqtisadiyyat yaxud maliyyə yönümlü ali təhsil (bakalavr);
  • Anderraytinq və maliyyə sahəsində baza biliklərinin olması;
  • Analitik düşüncə qabiliyyəti, tədqiqat apara bilmə bacarığı;
  • İşgüzar ünsiyyət və kollektivdə işləmək qabiliyyəti;
  • Ofis programları ilə işləmək bacarığı;
  • Azərbaycan dili səlis, xarici dil biliyi arzuolunandır.
  • ACCA F3 və F7 sertifikatı olan namizədlərə üstunlük verilir.

Vakansiya haqqında

  • Son tarix yanvar 13, 2025
  • Paylaşılıb dekabr 4, 2024
  • Vakansiya növü Tam ştat
Избранный
60
1
fed.az

2Источники