RU

Gürcüstanda Əli Babayevə qarşı zorakılıq edən müxalifətçini həbs gözləyir (VİDEO)

Gürcüstanın Baş Prokurorluğu müxalifətçi və keçmiş parlament üzvü Aleksandr Elisaşvilini zorakılıqdan istifadə edərək siyasi motivlərə görə təqibdə ittiham edib.

"Unikal" xəbər verir ki, bu barədə qurumun məlumatında deyilir.

Bir gün əvvəl Elisaşvili Tbilisidə Gürcüstan Azərbaycanlıları Milli Konqresinin rəhbəri Əli Babayevlə siyasi motivlərlə başladığı davaya görə saxlanılıb. Davadan sonra Babayev xəstəxanaya aparılsa da, artıq evə buraxılıb.

"Daxili İşlər Nazirliyinin araşdırması müəyyən edib ki, dekabrın 2-də Tbilisidə Kostava küçəsi ilə bitişik ərazidə A.E.(Aleksandr Elisaşvili) Milli Azərbaycanlılar Konqresinin sədrini və "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının təsisçilərindən birini şifahi və fiziki təhqir edib", - məlumatda deyilir.

Qeyd edildiyi kimi, Elisaşvili üç ilədək həbs nəzərdə tutan zorakılıq tətbiq etməklə siyasi motivlərə görə təqib maddəsi ilə ittiham olunur. Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi tələbi ilə Tbilisi Şəhər Məhkəməsinə müraciət edəcək.

Nuranə Abbasova

Избранный
78
40
unikal.az

10Источники