RU

100 ildir Vatikanla işləyən “Mercedes” Papaya bu avtomobili hədiyyə etdi (FOTO)

Almaniya avtomobil istehsalçısı "Mercedes-Benz” mühərriki tamamilə elektriklə işləyən yeni avtomobili Vatikana təqdim edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.  

"Mercedes-Benz” şirkətinin baş direktoru Ola Kallenius və layihədə iştirak edən komanda üzvləri, əl ilə hazırlanmış yeni elektrikli "G-Class” modelini şəxsi olaraq Roma Papası Fransiskə təqdim etdilər", - məlumatda deyilir.  

Qeyd olunub ki, Mercedes-Benz artıq 100 ilə yaxındır ki, Vatikana avtomobil tədarük edir. Yeni elektrik avtomobili ilə Papa 2025-ci ildə Romaya gözlənilən zəvvarları salamlayacaq.  

Təqdim edilən avtomobil "G580” modelinin xüsusi hazırlanmış variantıdır. Avtomobil dörd mühərrikli təkərlə və dönə bilən kreslo ilə təchiz edilib. Bu, Roma Papasına zəvvarlar arasında kiçik sürətlə uzun müddət hərəkət etməyə və onlarla ünsiyyət qurmağa imkan yaradacaq.  

Alpər
Избранный
23
qaynarinfo.az

1Источники