ABŞ-də 7 maqnitudada zəlzələ olub.
Paralel.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, təbii hadisə Kaliforniya ştatında qeydə alınıb.
Məlumata görə, yeraltı təkanların episentri 12 min nəfərin yaşadığı Fortuna şəhərindən 56 km cənub-qərbdə, zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.