ABŞ-nin qərb sahillərində zəlzələdən sonra sunami xəbərdarlığı edilib...
ABŞ Milli Okean və Atmosfer İdarəsi (NOAA) 7 bal gücündə zəlzələdən sonra Kaliforniya sahillərində sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
APA xəbər verir ki, xəbərdarlıq Şimali Kaliforniyaya, o cümlədən San-Fransisko şəhərinə, eləcə də qonşu Oreqon ştatının sahillərinə aid edilib.
***
ABŞ-də 7 maqnitudada zəlzələ olub.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, təbii hadisə Kaliforniya ştatında qeydə alınıb.
Məlumata görə, yeraltı təkanların episentri 12 min nəfərin yaşadığı Fortuna şəhərindən 56 km cənub-qərbdə, zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Poliqon.info