RU

Son bir həftədə  53 PKK terrorçusu zərərsizləşdirilib

İraq və Suriyanın şimalında son bir həftədə 53 terrorçu zərərsizləşdirilib.

Vətəninfo.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat konfransında bildirilib ki, son bir həftədə PKK/KCK/PYD-YPG başda olmaqla hər cür təhdid və təhlükəyə qarşı daxili və sərhədyanı əməliyyatlarla İraq və Suriyanın şimalı da daxil olmaqla 53 terrorçu zərərsizləşdirilib.

İraqın şimalında yerləşən Zapda terrorla mübarizəsini fasiləsiz davam etdirən Türkiyə Silahlı Qüvvələri son bir həftədə 53 terrorçunu, yanvarın 1-dən indiyədək 1392-si İraqın, 1272-si Suriyanın şimalında olmaqla 2 min 664 terrorçu zərərsizləşdirilib.

İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində davam edən axtarış tədbirləri çərçivəsində terrorçulara aid çoxlu sayda silah-sursat və texnika ələ keçirilib.

Suriyanın birliyi və ərazi bütövlüyünə, terrorla mübarizəyə verilən əhəmiyyət və prioritet çərçivəsində Hələb bölgəsində müxalif qrupların başlatdığı fəaliyyətlərin və bununla bağlı hadisələrin yaxından izləndiyi vurğulanıb və bunlar qeyd edilib:

“Bölgədə sabitliyin qorunması üçün qoşunlarımız tərəfindən bütün lazımi tədbirlər görülür və regiondakı həmkarlarımızla sıx əməkdaşlıq və koordinasiya prosesin ilk günlərindən davam edir. Son hadisələr və yaranan vəziyyət müxalifətin tələbləri və hökumətin bunları nəzərə almaması səbəbindən uzun müddətdir həll edilə biləməyən və Suriyanın daxili dinamikalarından mənbələnən problemlərdir. Bu çərçivədə Suriyanın şimalındakı əməliyyat bölgələrində qəbul edilən razılaşmalara əməl etdiyimizi, həmsöhbətlərimizdən də əməl etmələrini gözlədiyimizi, Suriyanın ərazi bütövlüyünü dəstəklədiyimizi, Suriyanın ərazi bütövlüyünə, suverenliyi və bölgəmizin təhlükəsizliyinə ciddi təhlükə yaradan PKK/YPG terror təşkilatının bölgədəki qeyri-sabitlikdən faydalanmasına imkan verməyəcəyimizi və bölgədə mövcud olan terror təşkilatlarına qarşı mübarizədə mövqeyimizin aydın olduğunu bir daha vurğulayırıq”.

Избранный
21
2
veteninfo.az

3Источники