RU

Ruben Amorim: “Leni Yoro xüsusi istedaddır”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim “qırmızı şeytanlar”ın 19 yaşlı mərkəz müdafiəçisi Leni Yoro haqda fikrini bildirib.

Arena.az xəbər verir ki, portuqal mütəxəssis ötən ilin iyulunda topuğundan ciddi zədə almış fransalı futbolçu barədə bunları söyləyib:

“Düşünürəm ki, o, xüsusi istedaddır. Biz ilk məqamda – zədədən sonra onunla diqqətli olmalıyıq”, deyə Ruben Amorim vurğulayıb.

Mərkəz müdafiəçisi Leni Yoro Fransanın “Lill” klubunun yetirməsidir. Fransalı müdafiəçi qısa karyerası ərzində ancaq “itlər”ə xidmət edib. “Mançester Yunayted” Yoronu 2024-cü ilin yayında “Lill”dən 62 milyon avro məbləğ müqabilində öz heyətinə qatıb. “Qırmızı şeytanlar” Yoro ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Yoro “Lill”in heyətində bütün yarışlarda 44 oyuna 3 qolla fərqlənib. Böyük futbolda cəmi 3 mövsüm keçirmiş Yoronun “itlər”in heyətində çıxışının ümumi mənzərəsi isə rəqəmlərin gözü ilə belə görünür: 60 oyun, 3 qol, 1 məhsuldar ötürmə.

Yoro “Mançester Yunayted”in heyətində cəmi 1 rəsmi matç keçirib.

Leni Yoro Fransanın əsas milli komandasına hələ dəvət almasa da, aşağı yaş dəstələri üzrə yığmalarda – U-17, U-18, U-19, U-21 və U-23-də çıxış edib. Gənc müdafiəçi həmçinin “xoruzlar”ın Olimpiya komandasına cəlb edilib.

Vurğulayaq ki, 18 yaşlı gənc mərkəz müdafiəçisi öz mövqeyində ən perspektivli futbolçulardan hesab edilir. Amma Yoro böyük futbolda hələ heç bir qənimət qazanmayıb.

“Transfermarkt” internet-portalı fransalı mərkəz müdafiəçisinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Избранный
24
arena.az

1Источники